Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			30.10.2025 15:52		
		Gəncəli şahmatçı Beynəlxalq titula sahib olub
 
					  				Gəncə şahmat tarixində ilk dəfə olaraq gəncəli şahmat müəllimi Anar Məmmədov Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən “Arena Grand Master” (AGM) tituluna layiq görülüb. Bu, “FIDE Online Arena” sistemində verilən ən yüksək beynəlxalq qrossmeyster dərəcəsidir. Anar Məmmədov bu uğurla Gəncədən adıçəkilən titulu qazanan ilk şahmatçı olub. O bildirib ki, bu nailiyyət gənc şahmatçılar üçün böyük motivasiya olacaq. Qeyd edək ki, Azərbaycanda "Arena Grand Master" tituluna daha əvvəl yalnız Naxçıvandan Tural Zeynalov layiq görülüb.
- Baxış: 31

