Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			30.10.2025 11:58		
		Məktəblərə direktor qəbuluna start verildi
 
					  				Bu gün saat 11:00-dan direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbulun elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, namizədlər 11 noyabr 2025-ci il saat 17:00-dək miq.edu.az/direktor portalı üzərindən qeydiyyatdan keçə bilərlər. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Namizədlər liderlik, idarəetmə, pedaqoji və rəqəmsal bacarıqlar üzrə qiymətləndiriləcək, nəticələr “Şəxsi səhifə” vasitəsilə təqdim olunacaq. Müsabiqədən uğurla keçən namizədlərlə əmək müqaviləsi bağlanacaq.
- Baxış: 38

