Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			30.10.2025 11:54		
		Zəngilanın Məmmədbəyli kəndində bütün evlərdə günəş panelləri quraşdırılıb
 
					  				Zəngilanın Məmmədbəyli kəndində bütün fərdi yaşayış evlərində günəş panelləri quraşdırılıb. Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin şöbə müdiri İlhamiyyə Rzayeva məlumat verib. Məmmədbəyli kəndinin ümumi sahəsi 51,6 hektardır. Kənddə 2 ədəd çoxfunksiyalı qeyri-yaşayış binası və 188 fərdi yaşayış evi inşa edilib. Hər bir evlər üçün 0,12 ha həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə olduğundan iqtisadi səmərəliliyin təmin olunması məqsədilə iki kəndi birləşdirən keçid inşa edilib.
- Baxış: 33

