Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.10.2025 11:52

Kəlbəcərdə mənzildə bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Kəlbəcərdə Yeni Yaşayış massivində yerləşən dördmərtəbəli binanın ikinci mərtəbəsində azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin Kəlbəcər Rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi vasitələrdən istifadə edərək mənzilə daxil olaraq 2023-cü il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.