Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.10.2025 17:49

Ağdamda Azərbaycan-Belarus əməkdaşlığı ilə Aqrar şəhərcik yaradılır

Ağdam rayonunda Aqrar şəhərciyin yaradılması ilə bağlı Azərbaycan və Belarus hökumətlərinə müvafiq tapşırıqlar verilib. Bu barədə Baş nazirin müavini Samir Şərifov məlumat verərək bildirib ki, Belarusun Baş nazirinin müavini Natalya Petkeviçlə Ağdama səfər zamanı layihə üzrə müzakirələr aparılıb. Hazırda Ağdamın Qızıl Kəngərli kəndində layihələndirmə işləri görülür. Ərazidə quşçuluq təsərrüfatı, ət və süd istehsalı müəssisələrinin qurulması planlaşdırılır. Samir Şərifov qeyd edib ki, layihələndirmə Belarus, investisiya isə Azərbaycan tərəfindən təmin olunacaq.