Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.10.2025 17:45

Oğuzda qanunsuz kömür quyuları aşkarlanıb

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər zamanı rayonun Şirvanlı və Tayıflı kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan 4 nəfər barəsində toplanmış materiallar qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib. Kömür quyularının fəaliyyəti isə dayandırılıb.