Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.10.2025 15:52

"Çelsi" azarkeşlərindən "Qarabağ"ın oyununa böyük maraq: Bakıya 1 300 ingilis fanat gəlir

İngiltərənin məşhur "Çelsi" klubunun azarkeşləri "Qarabağ"la Bakıda keçiriləcək oyuna böyük maraq göstərirlər. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada qonaq azarkeşlər üçün 3 sektor ayrılıb. Böyük Britaniyadan Azərbaycan paytaxtına 1300-ə yaxın azarkeş ordusunun gələcəyi gözlənilir. Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də saat 21:45-də başlayacaq və oyununun biletləri artıq satışa çıxarılıb.