Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.10.2025 13:38

Prezident Rotterdam Konvensiyasına qoşulmaqla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanın “Beynəlxalq ticarətdə təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulması ilə bağlı qanunun tətbiqinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, Konvensiya üzrə səlahiyyətli milli qurum qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib. Nazirlər Kabineti və Xarici İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.