Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.10.2025 13:35

İnsanları xaricdə işə düzəltmək adı ilə aldadan şəxslər saxlanılıblar

Polis insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayevi saxlayıblar. Saxlanılan şəxslər Bakının Nəsimi rayonunda  ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.