Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.10.2025 10:03

İlham Əliyev: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək

Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir. Bu sözləri Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə söyləyib. Dövlət başçısı “Böyük Qayıdış” Proqramının başlanğıcının da Zəngilan rayonunda qoyulduğunu xatırladıb:  
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti:"Bura, bu bölgə (Zəngilan – red.) çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək.Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir”.