Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.10.2025 10:00
Xaricdəki narkotacirdən narkotik alıb satmaq istəyən şəxs tutuldu
Astara Polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyatla narkokuryerlikdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Tapdıq Zeynalov rayonun Sım kəndi ərazisində saxlanılıb. Həmin şəxsin olduğu avtomobildən qaçaqmalçılıq yolu ilə xaricdə yaşayan narkotacirdən əldə etdiyi 8 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onun həmin narkotik vasitəni maddi qazanc qarşılığında paytaxt ərazisində deyiləcək ünvana çatdırmaq barədə sövdələşdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
- Baxış: 61
