Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.10.2025 15:41
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin açılışında iştirak edib
Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışı olub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və kəndə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib. Ümumi sahəsi 248 hektar olan kənddə 334 fərdi ev, 624 şagird yerlik məktəb, 220 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, bazar kompleksi və idman-sağlamlıq mərkəzi inşa edilib. Kənddə bərpa olunan beş kəhriz Horovlunun su təminatında mühüm rol oynayacaq. Horovlu kəndi 1993-cü ildə işğal olunub, 2020-ci ildə isə Azərbaycan Ordusu tərəfindən azad edilib. Dövlətimizin başçısı kəndin təməlini 2023-cü ilin mayında qoymuşdu.
- Baxış: 68
