Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.10.2025 15:39
Gəncə Avtomobil Zavodunda Azərbaycan–Belarus əməkdaşlığı genişlənir
Bakıda Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. Bildirilib ki, Gəncə Avtomobil Zavodunda Belarus tərəfi ilə birlikdə kənd təsərrüfatı və xüsusi təyinatlı texnikanın yığılması, Belarusla lift istehsalı və təchizatı sahəsində uzunmüddətli əməkdaşlıq çərçivəsində Azərbaycanda “Moqilyovliftmaş” ilə lokal istehsalın genişləndirilməsi üzrə işlər davam etdirilir, 2025-ci ildə 200 liftin modernləşdirilməsi və quraşdırılması nəzərdə tutulur. Müzakirələrdə həmçinin sənaye, kənd təsərrüfatı, farmasevtika, peşə təhsili və Ağdamda aqroşəhər layihəsi diqqət mərkəzində olub. İclasın sonunda Birgə Protokol imzalanıb, əməkdaşlığın gələcəkdə də genişləndirilməsi razılaşdırılıb.
- Baxış: 46
