Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.10.2025 11:45

İlham Əliyev Sabirabadda yeni müəssisələrin fəaliyyəti ilə tanış olub

Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində üç yeni müəssisənin fəaliyyəti ilə tanış olub.
Dövlət başçısı əvvəlcə “Humix” MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsində olub. İllik istehsal gücü 18 min ton olan müəssisədə orqanik və kimyəvi gübrələr istehsal edilir, 16 daimi iş yeri yaradılıb.
Prezident daha sonra “Azera Toxumçuluq” MMC-nin toxum istehsalı müəssisəsinə baxış keçirib. Burada buğda, arpa, qarğıdalı və günəbaxan toxumları istehsal olunur. Müəssisədə 20 daimi iş yeri açılacaq.
Dövlət başçısı həmçinin “Taşobası” MMC-nin pambıq emalı zavodunda olub. İllik istehsal gücü 8 min ton mahlıc və 10 min ton texniki çiyid təşkil edir. Zavodda 80 nəfər daimi, pambıq sahələrində isə 300 nəfər mövsümi işlə təmin olunub.