Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.10.2025 11:44

Lisey və gimnaziyalara şagird qəbulu ilə bağlı yenilik

2026–2027-ci tədris ili üçün lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq. Təhsil İnstitutunun məlumatına görə, bu ildən 6-cı sinif şagirdləri qəbul imtahanlarında iştirak üçün qeydiyyatdan keçə biləcəklər. Qəbul imtahanının çərçivə sənədi 2025-ci ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Lisey və gimnaziyalara müxtəlif təmayül istiqamətləri üzrə şagird qəbulunun çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur.