Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.10.2025 11:43

Bakı-Qazax yolunda yük maşını aşıb, Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Qazax magistral yolunun Ucarın Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində "QAZ-53" markalı yük maşınının sürücüsü, 62 yaşlı Ucar sakini Ələddin Nuriyev Ucar rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Yük maşını yoldan çıxaraq aşıb. Sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Qəbələnin Bunud kəndində İslam İsbəndiyarov idarə etdiyi “VAZ-2107” markalı avtomobil  ilə yolu keçən 59 yaşlı Elmira Əhmədovanı vuraraq öldürüb.
Faktlarla bağlı araşdırmalar aparılır.