Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.10.2025 11:42

Gəncədə ağır qəzada yaralananların vəziyyətləri açıqlanıb

Gəncədə ölümlə nəticələnən yol qəzasında yaralananların vəziyyətləri açıqlanıb. TƏBİB-dən bildirilib ki, dörd nəfər - üç kişi və bir qadın Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib. Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağırdır. Yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Xatırladaq ki, səhər saatlarında şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, dörd nəfər isə xəsarət alıb.