Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.10.2025 10:01
Türkiyə və İranda zəlzələ baş verib
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 19 nəfər xəsarət alıb, onlardan 4-ü artıq evə buraxılıb. Məlumatı səhiyyə naziri Kamal Məmişoğlu açıqlayıb. Türkiyənin aidiyyəti qurumları ərazidə xilasetmə və qiymətləndirmə işlərini davam etdirir.
Yeri gəlmişkən, bu gün səhər saatlarında İranda İsfahan əyalətinin şərqindəki Fərxi şəhərində 3.4 bal gücündə zəlzələ baş verib. Hələlik yeraltı təkanlar nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.
- Baxış: 54
