Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.10.2025 17:40

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Ukraynadakı müharibədən zərər çəkən daha 30 uşaq sosial-psixoloji reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, uşaqlar üçün Bakıda milli rəqs dərsləri, psixoloq konsultasiyaları və tarixi abidələrə turlar təşkil olunacaq. Növbəti günlərdə onlar Qəbələ və Şəkinin görməli yerləri ilə də tanış ediləcəklər. Proqramın məqsədi uşaqların emosional durumunun stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. İndiyədək ümumilikdə 260-dan çox ukraynalı uşaq bu proqramla əhatə olunub.