Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.10.2025 15:48

Gəncədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirlərinə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bədbəxt hadisələrin daha çox baş verdiyi müəssisələrdə əməyin mühafizəsi üzrə maarifləndirmə tədbirlərinə start verib. İlk təlimlər Gəncədə keçirilib və “Azəralüminium” MMC ilə Gəncə Mənzil-Kommunal Təsərrüfat Birliyindən 100-ə yaxın əməkdaş iştirak edib. Tədbirlər işçilərin təhlükəsiz əmək şəraiti, əməyin mühafizəsi standartları və istehsalat qəzalarının qarşısının alınması mövzularında maarifləndirilməsini hədəfləyir. Təlimlərin digər regionlarda da davam etdirilməsi planlaşdırılır.