Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.10.2025 15:41

Hava ilə bağlı xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 29-u axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 30-u gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.