Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.10.2025 11:48

Bu il ərzində Gəncədə 300-dən çox şəxsin süd vəzi xərçəngi müayinəsi həyata keçirilib

Bu il ərzində Gəncə şəhərində 300-dən çox şəxsin süd vəzi xərçəngi müayinəsi həyata keçirilib. Bunu həkim-onkoloq Nərmin Axundova "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı" adlı tədbirdəki çıxışında deyib. Gəncədə keçirilən müayinələrdə 8 qadında erkən mərhələdə süd vəzi xərçəngi aşkarlanıb. Erkən müdaxilə nəticəsində həmin şəxslərdə xəstəlik vaxtında aşkarlanıb və müalicələrə cəlb olunub. Oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.