Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.10.2025 15:47

Türkiyə vətəndaşı Şabranda ov qaydalarını pozduğuna görə cərimələnib

Türkiyə vətəndaşı Mervan Çağrı Tapınç və Bakı şəhər sakini Zahid Həsənov Şabran Xəzər dənizi sahillərində ov qaydalarını pozduğuna görə cərimələniblər.  Saxlanılan şəxslərə məxsus "Niva"ya keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş 3 Şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub. Faktla bağlı hər biri 2000 manat məbləğində cərimə olunub.