Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.10.2025 13:43

Yardımlıda avtomobil yolunun təmirinə iki milyon manat ayrılıb

Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsi bərpa ediləcək və istinad divarları tikiləcək. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Layihənin icrası üçün dövlət büdcəsindən ilkin olaraq 2 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə isə təmirin davam etdirilməsi üçün zəruri vəsaiti 2026-cı il dövlət büdcəsi layihəsində nəzərdə tutmaq tapşırılıb.