Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.10.2025 11:42

Xocalının Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb

Böyük Qayıdış proqramı çərçivəsində Xocalı rayonu Seyidbəyli kəndinə növbəti 18 ailənin (61 nəfər) qayıdışı təmin edilib. Kəndə qayıdan ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşandılar. Bununla da Seyidbəyli kəndinə qayıdan ailələrin sayı 27-yə (92 nəfər) çatdırılıb.