Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.10.2025 11:41

Beyləqanda heyvan bazarında nöqsanlar aşkarlanıb

Beyləqan rayonu İkinci Aşıqlı kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. AQTA, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi və DİN-in əməkdaşlarının yoxlaması zamanı bazarda saxlanma, satış və daşınma proseslərində nöqsanlar aşkar edilib. Aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçün bazar sahibinə icrası məcburi göstərişlər verilib. Agentlik xəbərdarlıq edir ki, heyvanların qarışıq saxlanılması və daşınması infeksiya və yoluxucu xəstəlik riskini artırır. Buna görə, 2025-ci il 25 oktyabr tarixindən etibarən heyvan bazarlarında sağlamlaşdırma tədbirləri məqsədilə mərhələli müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.