Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.10.2025 10:01
Mingəçevir və Şəkidə qəza: ölənlər və yaralananlar var

Mingəçevirdə 69 yaşlı Zöhrə İsmayılova və 57 yaşlı Firəngiz Əhmədovanı avtomobil vurub. Zərərçəkənlərdən 2-cisi aldığı xəsarətdən ölüb. Digər yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
Şəkinin Aşağı Küngüt kəndi ərazisində "KİA" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb. Deformasiyaya uğramış "VAZ-2107"də sıxılı vəziyyətdə qalan 33 yaşlı Turan Rəsullu, 44 yaşlı Pərvanə Mehtiyeva və Yeganə Mehtiyevanin meyitləri çıxarılıb. "KİA" nın sürücüsü 48 yaşlı Ədalət Abbasov və sərnişini 43 yaşlı Nuranə Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə ilə əlaqədar təhqiqat aparılır.
- Baxış: 60