Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.10.2025 13:59
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs BƏƏ-də tutularaq ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib. Bir sıra şəxslərlə mütəşəkkil dəstə yaradaraq xüsusilə külli miqdarda pul vəsaitlərini (kriptovalyuta) qanunsuz olaraq xarici ölkələrə və xarici ölkələrdən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olmuş və mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakı leqallaşdırma kimi cinayət əməllərini törətməkdə ittiham edilən Rusiya vətəndaşı Sergey Sergeyevin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.
- Baxış: 75