Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.10.2025 11:44

Ağdam Azərbaycanın dördüncü böyük şəhərinə çevriləcək

Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, azad edilmiş ərazilərdə yenidənqurma vahid baş plan konsepsiyası əsasında həyata keçirilir. Onun sözlərinə görə, Ağdam Azərbaycanın dördüncü böyük şəhərinə çevriləcək, burada 100 min, Füzulidə isə 50 min nəfərin yaşaması planlaşdırılır. İlin sonuna qədər Xocavənd rayonuna 1 300-1 500 ailənin köçürülməsi  nəzərdə tutulur. Emin Hüseynov həmçinin qeyd edib ki, gələn il Ağdam şəhərində daha 300 ailə yeni salınan ikinci yaşayış kompleksinə yerləşdiriləcək. Gələn ay isə Ağdama 900 ailənin qayıdışı gözlənilir.