Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.10.2025 11:42
BMT-nin məsləhətçisi: Azərbaycanın regional inkişaf siyasətində Gəncə, Şəmkir və Zəngilanın funksional rolu müəyyənləşdirilməlidir

Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) regional məsləhətçisi Katya Şefer bildirib ki, Azərbaycan urbanizasiya və qloballaşma mərhələsində regional inkişafı funksional yanaşma ilə idarə etməlidir. Onun sözlərinə görə, Gəncə, Şəmkir, Sumqayıt və Zəngilan kimi şəhərlərin bir-birinə nisbətdə rolu aydınlaşdırılmalı, kənd təsərrüfatında innovasiyalar və logistika gücləndirilməlidir. Şefer həmçinin qeyd edib ki, şəhərətrafı “yaşıl” və “mavi” zonaların qorunması da baş planlarda prioritet olmalıdır.
- Baxış: 32