Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.10.2025 11:41

Balaxanıda top mərmisi, Masallıda isə silah-sursat aşkarlanıb

Bakının Balaxanı qəsəbəsində 85 millimetrlik BR-365 top mərmisi tapılaraq ərazidən götürülüb və zərərsizləşdirilib. Əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Bundan başqa, Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçirib. Nəticədə, həbs olunmuş şəxsin Masallı rayonu ərazisində basdıraraq gizlətdiyi “Makarov” tipli tapança, bir ədəd daraq və dörd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.