Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.10.2025 10:16

Yasamalda silahlı insident - 2 nəfər yaralandı

Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib. Bu gecə baş verən silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar. Hadisənin motivləri və təfərrüatı araşdırılır. Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri görülür.