Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.10.2025 17:33

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində təşkil olunacaq U-15 Avropa çempionatında iştirak edəcək. 8 gün davam edəcək yarışda ölkəmizi 23 idmançı təmsil edəcək. Ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək. Qeyd edək ki, turnir oktyabrın 18-də start götürəcək. Sabah yarışa yollanacaq komanda oktyabrın 26-da Bakıya qayıdacaq.