Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.10.2025 15:40

Ərazi adları dövlət dilinin normalarına uyğun veriləcək — Prezident qanunu təsdiqlədi

Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq. Bununla bağlı Prezident İlham Əliyev qanuna edilən dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.