• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.10.2025 11:45

Xankəndidə III Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir

Xankəndidə 15-17 oktyabrda Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının  təşkilatçılığı ilə “III Azərbaycan Milli Şəhərsalma Forumu” keçirilir. Məqsəd şəhərlərin iqlim dəyişikliklərinə davamlılığını artırmaq, Qarabağ regionunun bərpası və dayanıqlı inkişafı üzrə beynəlxalq tərəfdaşlıqları gücləndirməkdir. Forumda 60-dan çox ölkədən xarici rəsmilər iştirak edirlər.