
Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü İslamabadda başa çatıb. Görüşün sonunda İslamabad Bəyannaməsi qəbul edilib. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, sənəd qardaş ölkələr arasında strateji tərəfdaşlığı və parlament əməkdaşlığını daha da gücləndirəcək. Türkiyə və Pakistan parlament sədrləri də görüşü üç ölkə arasında həmrəyliyin və parlament diplomatiyasının möhkəmlənməsi baxımından mühüm addım kimi qiymətləndiriblər.
- Baxış: 36