
İranda jurnalistlərə verdiyi müsahibədə Baş nazirin müavini Şahin Mustafayev Araz dəhlizi ilə bağlı görülən işlər və onun əhəmiyyətindən danışıb. O, bildirib ki, Azərbaycanın Şərqi Zəngəzur bölgəsini İran vasitəsilə Naxçıvanla birləşdirəcək Araz dəhlizi üzrə işlər sürətlə davam edir. Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin ilin sonuna qədər, gömrük və sərhəd infrastrukturunun isə gələn il Novruz bayramınadək tamamlanması planlaşdırılır. Şahin Mustafayev qeyd edib ki, yeni dəhliz həm Naxçıvanla əlaqəni qısaldacaq, həm də Şimal–Cənub və Şərq–Qərb nəqliyyat marşrutlarının mühüm qolu olacaq. Bu, regionun iqtisadi və logistik imkanlarını genişləndirəcək, azad olunmuş ərazilərdə aktiv iqtisadi həyatın bərpasına şərait yaradacaq.
- Baxış: 36