
Bakının Nərimanov rayonunda yaşlı insanların bank kartlarından 2000 manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı Orxan Cəlilov saxlanılıb. O, əsasən yaşlılara bankomatlarda “kömək” edərək kartlardan vəsait çıxarırmış. O, zərərçəkən şəxslərin kartlarını bankomata daxil edəndən sonra hesabda pul vəsaitinin olmadığını deyib. Həmin şəxslər bankomatdan uzaqlaşdıqdan sonra əvvəlcədən təyin etdiyi məbləğləri çıxararaq ərazidən kənarlaşıb. Şübhəlinin üzərindən psixotrop tərkibli metadon həbləri də götürülüb.Bakının Suraxanı rayonunda isə şirkətlərin birində 7000 manat dəyərində talama cinayəti baş verib. Polisin keçirdiyi əməliyyatla əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 38