• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.10.2025 11:23

"Mələyin gözləri" - Bədii film

Şeron polis idarəsinin əməkdaşıdır. Bir gecə şübhəli şəxsi təqib edən zaman səhvə yol verir. Cinayətkar bu səhvdən istifadə edərək ona iki dəfə atəş açır. Ancaq şəhərdə gəzən və köməyə ehtiyacı olan insanlara yardım edən Ketç adlı şəxs onu xilas edir. Həmin hadisədən sonra onlar dostlaşırlar. Dostluq münasibətləri tədricən romantik əlaqələrə çevrilir. Bununla belə Ketçin öz keçmişi barədə susması Şeronu yaman narahat edir. Bir qəribə hadisədən sonra, onun əsl adının Stiv Lambert olduğunu öyrənir. Polis arxivindən Lambertin işini çıxarıb, onun bir neçə il əvvəl ağır yol qəzasına düşdüyünü ortaya çıxarır. Həmin qəzada həyat yoldaşı və azyaşlı övladını itirib. Şeron həmin bədbəxt hadisədən sonra Stivin hafizəsini itirdiyini anlamağa başlayır. Şeron sevgilisinin keçmişi xatırlaması üçün əlindən gələni edir.

 

Çəkiliş Qrupu

Rejissor(lar): Luis Mandoki

Ssenarist(lər): Cerald Di Peqo

Baş Rollarda: Cennifer Lopez, Ceyms Kevizel

Digər Rollarda:  Ceremi Sisto, Terrens Hovard, Sonya Braqa