
Azərbaycan cüdoçuları Peruda keçirilmiş Qran-prini 7 medalla başa vurublar. Murad Fətiyev və Kənan Nəsibov mükafatçılar sırasına düşərək gümüş və bürünc medal qazanıblar. Daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli bürünc mükafata sahib çıxıblar.
- Baxış: 59