• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.10.2025 17:18

Xəzərin sahillərində suiti cəsədləri tapılıb

Xaçmaz ərazisində Xəzərin sahilində 10-dan çox suiti cəsədi aşkarlanıb. Cəsədlərin bir qismi çürümüş vəziyyətdə, digərləri isə ərazidə olan vəhşi heyvanlar tərəfindən parçalanmış halda olub. Aidiyyatı qurumlar baxış keçiriblər. Sonuncu dəfə suitilərin kütləvi ölümü 2022-ci ildə Dağıstanda Xəzər sahillərində qeydə alınıb.