
Bakıda Azərbaycan, İran və Rusiya hökumət nümayəndələrinin üçtərəfli görüşü keçirilib. Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, üç ölkə arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq davam edir. Görüşdə Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafından sanışılıb, Araz dəhlizinin vacib komponenti olan Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi bu ilin sonuna, sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübünə qədər yekunlaşdırılacağı deyilib. Eyni zamanda, enerji mübadiləsi, gömrük əməliyyatlarının rəqəmsallaşdırılması və üç ölkə arasında gələcək birgə nəqliyyat baxışları müzakirə olunub. Görüşün yekununda kommünike qəbul edilib.
- Baxış: 60