
Prezident İlham Əliyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünə yekun vurub. Dövlət başçısı çıxışında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə inamını ifadə edib, iştirakçılara təşəkkürünü bildirib. Zirvə Görüşünün Bəyannaməsi imzalandıqdan sonra Prezident İlham Əliyev bildirib ki, Türkmənistanın təşəbbüsü ilə Füzulidə məscid inşa ediləcək və bu münasibətlə Zirvə çərçivəsində təməlqoyma mərasimi keçiriləcək.
- Baxış: 15