
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir: Sükan arxasında hər qərar məsuliyyət tələb edir. Manevr qaydalarına əməl edin, sürəti yol şəraitinə uyğun tənzimləyin, arxa və yan güzgülərə diqqət yetirin. Yorğun, halsız və ya diqqəti yayınmış halda sükan arxasına keçməyin. Təhlükəsizlik kəmərindən özünüz və sərnişinlər mütləq istifadə etsin. Unutmayın: yol hərəkəti qaydalarına riayət etmək həyatınızı və başqalarının həyatını qoruyur.
- Baxış: 23