
Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxış edib.O bildirib:“Mühüm əhəmiyyətə malik Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində önəmli irəliləyiş əldə olunub. Türk Dövlətləri Təşkilatının üzvləri arasında qarşılıqlı etimad və əməkdaşlıq getdikcə dərinləşir. Davamlı sülh yalnız koordinasiyalı hərəkət, beynəlxalq platformalarda əməkdaşlıq və kritik məsələlərdə vahid mövqe ilə mümkün ola bilər.”Nazir həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi üzv kimi qoşulmasını və Azərbaycan-Ermənistan arasında Vaşinqtonda imzalanan Birgə Bəyanatı vurğulayıb.
- Baxış: 37