• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.10.2025 17:38

Azərbaycan və Böyük Britaniya hərbi əməkdaşlığı müzakirə ediblər

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb. Görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərini, regional təhlükəsizlik məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər. Nazir Zakir Həsənov əlaqələrin hər iki tərəfin ordusunun inkişafına töhfə verəcəyini vurğulayıb, səfir isə əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edib. Görüşdə Krallığın Azərbaycandakı hərbi attaşesi Gavin Tarbard da iştirak edib.