• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.10.2025 17:37

7 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb

Bakının Nəsimi Rayon Polis İdarəsi və 20-ci Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Məhəmməd Eminov və İsmayıl Vəliyevi saxlayıb. Onların üzərindən 7 kiloqramdan artıq tiryək, həşiş, marixuana, metamfetamin, həmçinin 35 psixotrop metadon və pregabalin həbi götürülüb. Saxlanılanlar narkotikləri İran vətəndaşlarından satış məqsədilə aldıqlarını bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanıb, narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində iş davam etdirilir.