• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.10.2025 17:35

Sürücülərə və piayadalara xəbərdarlıq edilir!

Daxili İşlər Nazirliyi sürücülərə qırmızı işıqda hərəkətin təhlükəsi ilə bağlı xəbərdarlıq edir.Nizamlanan yolayrıcına yaxınlaşarkən sürət həddi nizamlayıcının siqnallarına uyğun tənzimlənməli, sarı işıq yananda isə sürət azaldılaraq nəqliyyat vasitəsi tam dayandırılmalıdır. Əks təqdirdə, sürücü gedişi başa çatdıra bilmir, qırmızı işıqda keçmək məcburiyyətində qalır və bu da qəzaların baş verməsinə səbəb olur.
Yol polisi isə piyadalara müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xatırladıb. Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, piyada zolaqları və keçidlərdən istifadə etməmək, svetofor siqnallarına riayət etməmək və diqqətsizlik faciəvi nəticələrə səbəb ola bilər. Xüsusilə qaranlıq vaxtlarda və azyaşlı uşaqlarla hərəkət zamanı ehtiyatlı olmaq vacibdir.