Prezident İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Görüşdə tərəflər arasında əvvəlki görüşlər məmnunluqla xatırlanıb. Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunan nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısı təbrikə görə təşəkkürünü bildirib.
- Baxış: 50