• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.09.2025 15:45

MDB Oyunlarında yarımfinal həyəcanı!

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında taekvondo yarışlarının yarımfinal mərhələsində təmsilçimiz Vasif Səlimov qırğızıstanlı rəqibini məğlub edərək finala yüksəlib. Qızlar arasında Nigar Abdullayeva isə yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib. Azərbaycan atıcısı Daniella Ulanova isə yarışda stend atıcılığının "skeet" növündə bürünc medal qazanıb. Atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.